Kukla Teatrında yeni təyinat

21-04-2026, 17:28 21 dəfə baxılıb

 

Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub.

“Azerinews.az” xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli Əmr imzalayıb.

Əmrə əsasən, Elnur Abbasquliyev teatrda direktor müavini vəzifəsinə təyinat alıb.

E.Abbasquliyev 2021-ci ilin oktyabrından bu təyinatadək Azərbaycan Dövlət Pantomima Teatrında direktor müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, bir müddət əvvəl Dövlət Kukla Teatrının bəzi aktyorları ilə direktor Rəşad Əhmədzadə və onun keçmiş həyat yoldaşı, teatrın quruluşçu rejissoru Səidə Haqverdiyeva arasında çəkişmələr baş verib. Rejissorun iddiasına görə, teatrda ailəsinə qarşı təzyiq edənlər olub. Hadisələr fonunda Səidə Haqverdiyeva Rəşad Əhmədzadə ilə boşanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930