Məhbus həbsxanada qəfil öldü
Şəkidə yerləşən cəzaçəkmə müəssisəsində məhbus ölüb.
“Azerinews.az” xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Şəki Penitensiar Müəssisəsində saxlanılan Oğuz rayon sakini 1971-ci il təvəllüdlü Elşad Məmmədhənifə oğlu Cabbarov qəfil vəfat edib.
Onun ürək çatışmazlığından öldüyü bildirilib.
Qeyd edək ki, E.Cabbarov Cinayət Məcəlləsinin 234-cü və 237-ci (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə təqsirli bilinərək məhkum edilibmiş.
Araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: