Son həftə Azərbaycanda 20 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

4-12-2023, 17:39 3 dəfə baxılıb

Azərbaycanda son 1 həftə ərzində (27 noyabr-3 dekabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Azerinews.az" saytına verilən məlumata görə, həmin müddətdə infeksiyaya 20 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 15 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 4 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 834 172 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 758 nəfər müalicə olunaraq sağalıb, hazırda 38 aktiv xəstə var. Bu günə qədər 10 376 nəfər vəfat edib.

Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 612, bu günə qədər isə ümumilikdə 7 718 479 test icra olunub.

Qeyd olunan müddətdə koronavirus əleyhinə vaksin vurduran olmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930