Beyləqanda 8-ci sinif şagirdi intihar etdi
Beyləqan rayonunun Yuxarı Aran kəndində 8-ci sinif şagirdi Ə.Əzizli intihar edib.
Bu barədə kənd bələdiyyəsindən məlumat verilib.
Bildirilib ki, hadisə ötən gecə saat 23:00 radələrində baş verib. Evdə tək olan azyaşlı özünü asaraq intihar edib.
Bələdiyyədən həmçinin intihar edən oğlanın əlavə hazırlıqlara getdiyi, çalışqan və tərbiyəli şagird olduğu bildirilib: “Ə.Əzizli çox tərbiyəli, savadlı uşaq idi, dəfələrlə olimpiadalarda iştirak etmişdi. Dərslərini yaxşı oxuyurdu, rayon mərkəzinə hazırlıqlara gedib-gəlirdi. Ailəsi də kənddə nümunəvi ailədir. İntiharın nədən olduğunu heç kim bilmir. Hazırda hadisənin səbəbini araşdırmaq üçün uşağın telefonu hüquq-mühafizə orqanları tərəfindən götürülüb və araşdırma aparılır”.