Cəlilabadda çay kənarında sürüşmə fəallaşıb, evlər təhlükə altındadır

26-03-2024, 20:27 130 dəfə baxılıb

Cəlilabad rayonu, Göytəpə şəhərində Göytəpəçayın kənarında torpaq sürüşməsi fəallaşıb.

"Azerinews.az" xəbər verir ki, sakinlərin verdiyi məlumata görə bir neçə ev və obyekt üçün təhlükəli vəziyyət yaranıb.

Onların sözlərinə görə, bir neçə gün ərzində yağan intensiv yağışlar nəticəsində fəallığı daha da artırıb. Artıq fərdi yaşayış evlərinin divarlarında iri çatlar meydana gəlib.

Sakinlər problemdən çıxış yolu kimi çay kənarında sahilbərkitmə işlərinin aparılmasını görürlər.

Qeyd edək ki, sürüşmə zonasına Fövqəladə Hallar Nazirliyi (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxış keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031