Filippində torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb
Filippinin cənubundakı Mindanao adasında leysan yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində azı 7 nəfər ölüb.
“azerinews.az” xəbər verir ki, bu barədə “News Line Philippines” nəşri məlumat yayıb.
Bildirilib ki, Davao-de-Oro əyalətinin Monkayo şəhərində mədən sahəsinə yağan güclü yağışlar nəticəsində baş verən sürüşmə nəticəsində uşaqlar daxil olmaqla, azı 7 nəfər ölüb, iki nəfər yaralanıb, itkin düşənlər var.
Yerli hakimiyyət orqanları yağışların davam etməsi səbəbindən axtarış-xilasetmə işlərinin müvəqqəti dayandırıldığını bildiriblər.