Uğurlu siyasətin nəticəsində qələbə sevinci
İkinci Qarabağ müharibəsi bizim tariximizdir. Bu qələbə tarixdə əbədi qalacaq. Məhz bu Qələbə sahəsində Azərbaycan dövləti bu gün qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaq. Bu gün erməni faşizmi məhv edilsə də onun təzahürləri hələ də görülməkdədir. Bu ilk növbədə ermənistan dövlətinin özü üçün çox təhlükəli tendensiyadır. Revanşizm yolverilməzdir və əgər erməni faşizmi baş qaldırmağa bir daha cəhd göstərərsə, Azərbaycanın dəmir yumruğu onun başını bir daha əzəcək bunu hər kəs bilməlidir.
Artıq dünya erməni qəsbkarları tərəfindən xalqımıza, dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərin erməni faşizminin və vandalizminin acı nəticələrini öz gözləri ilə gördü. Dünyaya ertmənistan hökümətinin ağır hərbi cinayətlər törətməsinə dair danılmaz dəlillər təqdim olunub. 44 günlük Vətən müharibəsində eləcə də sentyabırın 12-13-də düşmən təxribatının qarşısını alarkən də əsl igidlik, sücaət hünər nümayiş etdirən qəhraman oğullarımız adlarını xalqımızın qəlbinə əbədi yazdılar. Bu gün xalqımız igid övladları ilə fəxr edir, qürur duyur. İllər ötsə də bizlərə 44 günlük haqq savaşında fəxarət dolu anlar bəxş edən oğullarımız, düşmən təxribatının qarşısını alan qəhramanlarımız heç vaxt unudulmayacaq. Azərbaycan Ordusu 44 günlük uğurlu əks hücum əməliyyatı ilə 5 şəhər 4 qəsəbə 286 kənd, bir sıra mühüm strateji yüksəklikləri işğaldan azad etdi. 2020-ci il 10 noyabr tarixli 3 tərəfli bəyanata müvafiq olaraq, Ağdam ,Kəlbəcər və Laçın hərbi əməliyyatlarsız azad olundu. Eyni zamanda bu il avqust ayının 26-da 3 tərəfli bəyanata uyğun olaraq, Laçın şəhəri, Zabux və Sus kəndləri dövlətimizin nəzarətinə keçdi. İkinci Qarabağ müharibəsində 2907 hərbiçimiz şəhid oldu, 1000-dən çox əskərimiz yaralandı, 6 nəfər isə hələdə itkin sayılır. Azərbaycan xalqı, dövləti hərr zaman şəhidlərimizin xatirəsini əziz tutur, qazilərimizin dövlət qayğısı ilə əhatə olunması üçün lazımi addımlar atır. Prezidenrt İlham Əliyevin 27 sentyabr tarixinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı sərəncamı şəhid ruhlarına, şəhidlərin doğmalarına yüksək ehtiramın göstəricisidir. Ölkə başçımız Ali Baş Komandan İlham Əliyev Laçında ermənilərin son geniş miqyaslı təxribatlarına münasibət bildirərəkən demişdir “ Sentyabrın 13-də biz yenə də şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət etsin. Allah şəhidlərimizin yaxınlarına səbr versin. Amma onlar bilməlidirlər ki, şəhidlər Vətən uğrunda şəhadətə yüksəliblər. Biz müharibə istəmirik, istəmirdik. Məhz buna görə 30 ilə yaxın müddət ərzində danışıqlar aparırıdıq. Məhz ona görə İkinci Qarabağ müharibəsindən sonra ermənistanla sülh müqaviləsi bağlamaq istəyirik”.
Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdi. Haqq və şərəf işimiz olan Azərbaycan Respublikasının süverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədəqəhramanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükda xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir. Vətənimizin bütövlüyü uğrunda savaşda minlərlə şəhid vermişik, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını itirənlər var. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı canı bahasına azad edilib. Müzəffər ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir. Xalqımız və dövlətimizmübariz oğul və qızlarının sücayətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhunu ehtiramla anır, xatirəsini uca tutur. Bu vətən müharibəsində qəhramancasına döyüşmüş, Azərbaycan bayrağının işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə bütün şəhidlərimizə vəfa borcumuzdur. Şəhidlərimizin ruhu qarşısında baş əyir, əziz xatirələrini ehtiram hissi ilə anırıq.
Bu gün Azərbaycan ərazi bütövlüyünü təmin etmiş, işğaldan azad olunmuş ərazildərdə geniş miqyaslı quruculuq işləri aparan dövlət olaraq gücünü həm dosta həm də düşmənə göstərməkdədir. Prezident də çıxışında bu gücü xüsusi olaraq qeyd edərək bildirdi ki, müharibədə zəfərimiz xalqın birliyi nəticəsində olub və hazırda quruculuq-abadlı işlərini apararkən bizi gücləndirən xalqın iradəsi dəstəyidir. Ölkə rəhbəri çıxışında “ İndi Azərbaycan xalqı görür ki, biz nəyə qadirik, görür ki, biz müharibədə də qələbə qazanırıq həyatdada qələbə qazanırıq və bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur”.
Fəxr edirik ki, Azərbaycanın İlham Əliyev kimi layiqli Prezidenti var. Dünyada xüsusi nüfuzu olan ölkəmizin həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdıran, Azərbaycanın daxili və xarici siyasətini uğurla həyata keçirən, ölkəmizdə quruculuq-abadlıq işlərinin aparılmasında, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının yenidən qurulmasında cənab İlham Əliyevin misilsiz xidmətləri var. Bu gün siyasi aləmdə Onun kimi siyasətçi tapmaq çətindir. Çünki İlham Əliyev ulu öndər Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısıdır. O, ulu öndər Heydər Əliyev ideyalarını uğurla həyata keçirir. Bütün bunların nəticəsidir ki, Azərbaycan günü-gündən inkişaf edir, çiçəklənir və dünyada söz sahibinə çevrilib. Mən bir daha bütün bunlara görə, cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm və Ona işlərində uğurlar arzulayıram.
Bakı şəhər Beynəlxalq Avtovağzalın
Baş Direktoru: Qəhrəman Qələndərov