Azərbaycan ordusunun tarixi qələbəsi

7-11-2023, 12:03 22 dəfə baxılıb

 

Ölkəmizin tarixi zəfərlə sona çatdırdığı 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısı almaq məqsədi ilə 27 sentyabrda bütün cəbhə boyu əks hücuma keçən Azərbaycan Ordusu 1990-cı illərin əvvəllərində baş verən birinci Qarabağ Müharibəsi zamanı Ermənistan tərəfindən işğal edilmiş əraziləri işğaldan azad etməyə başladı.

44 gün davam edən Vətən Müharibəsi Şanlı Azərbaycan Ordusunun  gücünü göstərərək Azərbaycanını qələbəsi ilə başa çatdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10 daAzərbaycan Prezidenti Ermənistanın baş naziri və Russiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyənat imzaladılar. 1 dekabr tarixi etibarı ilə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdi düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bü gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.

Əlbəttə ki, tarixi Qələbənin əldə olunmasında  ən vacib amil ölkəmizdə uğurla həyata keçirilən ordu quruculuğu işi idi. 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə gəlmiş Ulu Öndər Heydər Əliyev artıq o, zamandan ordu quruculuğu işinə başlamışdır. Bu vacib işi son 19 il ərzində böyük uğurla davam etdirən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev isə Silahlı Qüvvələrimizin həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşdiriliməsini daha da gücləndirdi və bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb. Bütün bu illər ərzində Ali Baş Komandanımızın ordu quruculuğu məsələlərini daim diqqət mərkəzində saxladı. II Qarabağ savaşının başladığı günə qədər ötən dövr ərzində möhtərəm Prezidentimiz hər zaman öz çıxışlarında ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində Qarabağ münaqişəsinin həllində ordunun üzərinə mühüm vəzifələr düşdüyünü bildirirdi. Məhz bu məqsədlərlə ötən 19 il ərzində ölkəmizin müdafiə sisteminin möhkənləndirilməsi istiqamətində görülən işlərin, Silahlı Qüvvələrdə aparılan islahatların nəticəsi olaraq bu gün Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Məhz bizim şanlı ordumuz XXI əsrdə ilk dəfə olaraq irimiqyaslı hərbi əməliyyatlarda qalib gələrək öz ölkəsinin ərazi bütövlüyünü bərpa edib. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhraman hərbiçilərimizin sücayəti, rəşadəti hesabına şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin sahidi oldu. Azərbaycan Ordusu nəinki bölgədə, həm də bütün dünyada hərbi potensialına, döyüş qabiliyyətinə, təhcizata görə ən güclü ordular sırasında olduğunu bir daha təsdiq etdi.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin imzaladığı 02 dekabr 2020-ci il tarixli Sərəncamla Azərbaycan Respublikasında hər il Anım Günü kimi qeyd oluynacaq. Əlbəttə ki, bu Sərəncamda da şəhid ruhlarına şəhidlərin doğmalarına ölkəmizdə göstərilən ali ehtiramın bariz təzahürüdür.   

 

 

Bakı şəhəri 8 saylı Notariat Ofisinin

Rəisi Cavanşir Məlikov 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930