Azərbaycan ordusunun qələbə sevinci

7-11-2023, 12:12 22 dəfə baxılıb

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin illərlə apardığı uğurlu xarici siyasətin, atdığı diplomatik addımların nəticəsində və eyni zamanda, çox yüksək peşəkarlığa, ünikal döyüş taktikasına, böyük ruh yüksəkliyinə, qələbə əzminə malik ordumuzun gücü sayəsində Azərbaycan 44 günlük vətən müharibəsində düşməni ağır məğlubiyyətə uğradıb, qalib çıxdı və zəfər qazandı. Özümüz torpaqlarımızı işğaldan azad edərək zəfər dastanı yazdıq. Sevinirik ki, bu qürurverici tarixi kitablardan oxumadıq. Azərbaycan əsgərinin sihlahı ilə yazdığı zəfər dastanlarını dillərdən eşitmədik, məhz şahidi olduq.

Bu gün Azərbaycan ordusu, torpaqlarınmızın-Qarabağımızın azad olunması, mənfur düşmənlərin torpaqlarımızdan sonuncu dığasına qədər qovulması onlara layiqli cavabın verilməsi, şəhidlərimizin qisasının alınması istiqamətində iri miqyaslı əməliyyat tədbirləri həyata keçirilir. Bu məqsədlə xalqımız, vətəndaşlarımızhamılıqla səfərbər olur. Dövlətimizə hökümətimizə dəstək olur. Ali Baş Komandanın ətrafında sıx birləşdilklərini nümayiş etdirirlər. Bu gün hər bir Qarabağlı, hər bir Azərbaycanlı 27 ildən bəri həsrətində olduqları ata-baba yurdlarına əzəli torpaqlarımıza qayıdacaqları günün sevincini yaşamaqdadır və 8 noyabr 2020-ci il tarixdə ölkəmiz qələbə gününü hamılıqla qeyd etdi. Əlbəttə müharibə varsa itki də, yaralı da, ölüm də olmalıdır. Bunu hər birimiz soyuqqanlıqıqla qəbul etməliyik... Şəhid-əlində silah düşmənlə döyüşüb, haqq yolunda torpaq millət uğrunda ölüb haqqın dərgahına qovuşanda olur... Şəhidlik uca bir zirvədir...

Bəli, bu gün qazqanılan qələbələrAzərbaycan Prezidentinin Ali Baş Komandan İlham Əiliyevin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, Güclü Ordumuzun, rəşadətli əsgərlərimizin və xalqın birliyinin məntiqi nəticəsidir. Bu gün Azərbaycan ordusunun Ermənistan hərbi silahlı  qüvvələrinin hərbi təxribatlarının qarşısının uğurla alması düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr bir daha sübut edir ki, Qarabağ bizimdir ! Qarabağ Azərbaycandır !Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əks hücumu nəticəsində uzun illər işğal altında olan torpaqlarımızın azad olması xəbəri hər birimizdə böyük ruh yüksəkliyi yaradır. Çünki bu gün Azərbaycan ordusu öz torpağında, öz torpaqlarının ərazi bütövlüyü üçün döyüşür.

 Qazanılan qələbələr təkcə silahın gücü deyil, həm də prezidentimizin milli maraqlarımıza söykənən müstəqil siyasətinin, beynəlxalq arenada yüksələn nüfuzunun məntiqi nəticəsidir. Prezident İlham Əliyev Qarabağın Azərbaycanın əzəli torpağı olması, tarixi ədalərtin hər zaman  onun Azərbaycanın haqq yolunda mübarizə apardığını dünya ictimayyətinə çatdırıb və çatdırır.

Bu gün artıq Ermənistan Azərbacan Respublikası Prezidentinin diplomatik siyasəti, güclü ordusu və rəşadətli əsgərləri qarşısında diz çökür və çökəcək!

Həqiqətən bu qələbə Ali Baş Komandanımızın bizim birliyimizin qələbəsidir, haqq işimizin müzəffər ordumuzun gücünün, rəşadətli əsgərimizin qələbəsidir. 

 

Kürdəxanı Sağlamlıq Mərkəzinin

Baş həkimi,

Ceyran Əhmədova

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930