Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə saat 16:25-də mühafizəçi tərəfindən keçirilən baxış zamanı 33-36 həftəlik döl aşkar edilib.
"Azerinews.az" Sumqayıt Tibb Mərkəzindən məlumat verilib ki, hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib. Hadisəyə müvafiq hüquqi qiymət veriləcək.
Qeyd edək ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.
Martın 27-də Sumqayıt Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə 33-36 həftəlik dölün aşkar edilməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
"Azerinews.az" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
"Azerinews.az" xəbər verir ki, Sumqayıtda xəstəxananın həyətindən körpə meyiti aşkarlanıb.
Meyit Sumqayıt Uşaq Xəstəxanasının həyətində tapılıb.
Faktla bağlı araşdırma aparılır.