Azərbaycanda əfv gözlənilir - Komissiyanın ilk iclası sabah BAŞLAYIR

2-04-2024, 16:23 95 dəfə baxılıb

 Sabah Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək.

 

Bunu açıqlamasında Komissiyanın üzvü Rəşad Məcid bildirib.

 "Son illər adətən yanvar ayından başlayaraq Əfv Komissiyasının iclasları keçirilirdi. Bu il çox güman ki, prezident seçkilərinə görə proses yubandı. Artıq sabahdan başlayaraq Əfv komissiyasının iclasları keçiriləcək. Komissiya həmişə məhsuldar işləyir. Hər bir müraciət nəzərə alınır və komissiyanın bütün üzvlərinin münasibətindən sonra yekdil qərar qəbul olunur", - o deyib.

 

R.Məcid əfv sərəncamının may ayında imzalana biləcəyini deyib:

 

"Komissiyanın çox güman ki, may ayına qədər mütəmadi iclasları keçiriləcək. Müraciətlərə baxıldıqdan sonra sənədlər hazırlanıb Prezidentə təqdim olunacaq. Müraciətlərin həcmindən asılı olaraq may ayında əfv sərəncamı imzalana bilər".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031