”Ermənistanın Azərbaycanla razılaşmaqdan başqa yolu qalmayıb”

4-12-2023, 14:24 1 dəfə baxılıb

“Ermənistan delimitasiya prosesindən qaçırdı, açıq-aydın təxribatlar törədirdi”.

Bunu "Azerinews.az" açıqlamasında Strateji Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, bu prosesdə diqqət edilməli üç məqam var: “Birincisi, həm Brüssel bəyanatlarında, həm də Rusiya görüşlərinin yekununda delimitasiya komissiyalarının çevik işləməyi ilə bağlı müddəalar var. İkincisi, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də daxil olmaqla Avropanın bir çox siyasətçisi sərhədlər delimitasiya olunmadan Bakı ilə İrəvanın əlaqələrinin normallaşmasını mümkünsüz hesab edirlər. Üçüncüsü, Rusiya da regional kommunikasiyaların fəaliyyətə başlaması üçün delimitasiyanı vacib hesab edir. Amma Ermənistan tərəfindən sistematik formada Azərbaycan ərazilərinin qəsbindən əl çəkməmək taktikası var”.

Ekspert əlavə edib ki, bütün bunlara baxmayaraq iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın görüşü Azərbaycan üçün müstəsna əhəmiyyətə malikdir.

T.İsmayılov bildirib ki, bu günə kimi Ermənistan çox böyük məharətlə delimitasiya prosesinin reallaşmamasına çalışıb: “İrəvan Qərbdən aldığı göstərişlərlə prosesi sabotaj etmək üçün bütün vasitələrdən istifadə edib. Burada yalnız Ermənistanın deyil, onun havadarı olan ölkələrin də çox böyük günahı var. Çünki onlar sülh məsələsinin həll olunmamasına çalışır. Buna görə də delimitasiya prosesinin geçikməsi üçün addımlar atırdılar. Eyni zamanda bu komissiyaların işinin uzanmasına səbəb olurdular, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi məsələsinə imkan vermirdilər”.

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün delimitasiya komissiyasının işində də irəliləyiş olmalıdır: “Aylar sonra komissiyanın yenidən fəaliyyətə başlamasının çox böyük əhəmiyyəti var. Delimitasiya komissiyasının fəaliyyətə başlaması ilə Azərbaycanla Ermənistan arasında üçüncü bir tərəfin vasitəçiliyi olmadan təkbətək görüşü oldu. Bu hadisə də çox böyük əhəmiyyətə malikdir”.

Qeyd edək ki, noyabrın 30-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930