Şəhidin qızı doğuldu - Fotolar

10-01-2024, 23:00 4 dəfə baxılıb

Ötən il 19-20 sentyabrda Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Şikar Hüseynovun övladı dünyaya gəlib. 

“azerinews.az” xəbər verir ki, Goranboy rayonunda doğulan körpəyə Mələk adı verilib.

Şəhid övladının zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə 1 000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək. 

Qeyd edək ki, Hüseynov Şikar Hüseyn oğlu 1995-ci  il oktyabrın 15-də Tovuz rayonunun Çeşməli kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Ş. Hüseynov Çeşməli kənd qəbiristanlığında dəfn edilib.

Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.









Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031