Arvadını balkondan ataraq öldürən Ramiz Taxveli vəfat edib

3-04-2024, 12:09 129 dəfə baxılıb

 Arvadını yaşadıqları mənzilin balkonundan ataraq xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən “Buta Palace”ın keçmiş art direktoru Ramiz Taxveli vəfat edib.

"Azerinews.az" xəbər verir ki, Taxveli bu yaxınlarda müalicə aldığı psixatriya xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Ramiz Taxveli 2018-ci ildə 30 yaşlı arvadı Adelya Taxvelini evinin balkonundan ataraq qəsdən öldürüb. 

İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hökmə əsasən, Taxveli verilmiş ittihamla təqsirli bilinib. Lakin anlaqsız vəziyyətdə olduğuna görə cəzadan azad edilib, psixatriya xəstəxanasında məcburi müalicəyə cəlb edilib.

Adelya Taxveli gənclər və idman naziri olmuş, mərhum Azad Rəhimovun yaxın qohumu olub. Adelyanın anası nazirin xalası qızıdır. Ramiz Taxveli isə Azərbaycanın xalq artisti Gülağa Məmmədovun yeganə qızının nəvəsi idi.










Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031