Fəridi öldürməkdə ittiham edilən idmançının 20 il həbsi tələb edildi

15-02-2024, 17:10 0 dəfə baxılıb

 

Məşq zamanı 7 yaşlı Fərid Bakarovu xüsusi amansızlıqla öldürməkdə ittiham olunan idmançı Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

“Azerinews.az”ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror M.Xəlilovun verilmiş ittihamlarla təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Müdafiə çıxışına hazırlaşmaq üçün vəkillərə vaxt verilib.

Qeyd edək ki, hadisə ötən ilin aprel ayında qeydə alınıb. Mehman Xəlilovun məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən görüntülər yayılıb. O, zərərçəkmiş Fərid Bakarovun saçından, başından, qulağından tutaraq havaya qaldırıb, həmçinin təpiklə vurub və digər təhlükəli hərəkətlər edib. Hadisə nəticəsində F.Bakarov vəfat edib.

M.Xəlilova qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaqın sonunda onun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələrinə tövsif edilib. 

 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930