Əvəz Zeynallının 10 il azadlıqdan məhrum edilməsini tələb edib

12-01-2024, 16:23 7 dəfə baxılıb

 Rüşvət almaqda ittiham olunan jurnalistlər Əvəz Zeynallı və Elnur Şükürovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

“azerinews.az”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı Eldar Həmzə ittiham nitqi ilə çıxış edib.

Prokuror müttəhimlərin ittiham edildikləri maddələrlə təqsirli bilinmələrini, Əvəz Zeynallının 10 il, Elnur Şükürovun isə 5  il müddətə azadlıqdan məhrum edilməsini tələb edib.

Vəkillərə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt verilib.

Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onu həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İttihama görə, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb.

R.Şükürov da Ə.Zeynallı ilə birgə ittiham olunur. O da küllli miqdarda rüşvət almaqda ittiham edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031