Prokuror Təranə Səmədovaya 7 il 6 ay həbs cəzası istədi

18-01-2024, 22:00 36 dəfə baxılıb


Tanınmış prodüser Təranə Səmədova və onunla birgə ittiham edilən Rasim Həsənovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

“azerinews.az”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror T.Səmədovanın 7 il 6 ay, R.Həsənovun 8 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini tələb edib.

Vəkillərə müdafiə çıxışına hazırlaşmaq üçün vaxt verilib.

Xatırladaq ki, Təranə Səmədova ötən ilin fevralında həbs olunub. O, Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031