Gömrük Komitəsinin həbsdə olan əməkdaşı azadlığa çıxdı

3-04-2024, 12:56 158 dəfə baxılıb

 Dövlət Gömrük Komitəsinin rüşvətə görə məhkum edilmiş əməkdaşı Elmar Mirzəyev azadlığa buraxılıb.

"Azerinews.az" xəbər  verir ki, 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş sabiq gömrük prosedurları inspektoru cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Yerli məhkəmə qərar qəbul edərkən məhkumun təyin olunmuş cəzanın 2/3 hissəsini çəkməsini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini əsas götürüb.

Qeyd edək ki, E.Mirzəyev və bir neçə gömrükçü 2021-ci ilin martında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmişdi. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda rüşvət almaqda ittiham edilib, ən ağır cəza elə Mirzəyevə verilmişdi. Digərləri qısa müddətə azadlıqdan məhrumetmə və şərti cəzaya məhkum edilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031