Xocavənddə yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb

4-04-2024, 11:48 163 dəfə baxılıb

 

Xocavənd rayonunda baş verən yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Xocavənd rayonunda baş verən qəza ilə əlaqədar 2 nəfərin müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağırdır:

“Qeyd edək ki, tibb müəssisəsinə yerləşdirilən 8 nəfər ambulator müalicə üçün evə buraxılıb. 1 nəfər Sabunçu Tibb Mərkəzin təxliyə olunub, hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır”.

Xatırladaq ki, ötən gün Xocavənd rayon Cəmiyyət kəndi ərazisində fəhlə daşıyan avtomobil aşıb. Hadisə nəticəsində 11 nəfər xəsarət alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031