Şahdağa qar yağıb

6-04-2024, 11:05 71 dəfə baxılıb

 

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, aprelin 5-i axşamdan 6-sı səhərədək bəzi yerlərdə hava arabir yağıntılı olub, şimşək çaxıb, dağlıq rayonlarda qar yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 17 sm, Qrızda 1 sm olub.

Düşən yağıntının miqdarı Qaxda 10 mm, Gədəbəydə 9 mm, Daşkəsəndə 7 mm, Göygöl, Şəkidə 5 mm, Gəncə, Şahdağda 3 mm, Şəmkir, Zaqatala, Balakən, Qəbələ, Oğuz, Göyçay, Qusar, Quba, Qrız, Xınalıq, Mingəçevir, Xaçmaz, Yevlax, İmişli, Sabirabad, Naftalanda 2 mm-dək olub.

Qrız, Daşkəsən, Şəkidə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək, Naxçıvan MR-da 23-27 dərəcə, Aran rayonlarında 23 dərəcəyədək, dağlıq rayonlarda 13-17 dərəcəyədək isti olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930