Bəzi rayonlara qar yağıb

23-02-2024, 10:48 2 dəfə baxılıb

 Azərbaycan ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Azerinews.az”a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində hava şəraiti yağıntılı olub, dağlıq rayonlarda arabir qar yağıb.

Qar örtüyünün hündürlüyü Qrızda 3 sm, Altıağac, Qubada 1 sm olub.

Düşən yağıntının miqdarı Qubada 3 mm, Oğuz, Şəki, Gədəbəy, Balakən, Zaqatala, İsmayıllı, Altıağac, Qəbələ, Şabran, Qobustan, Qusar, Göyçay, Kürdəmir, Şirvan, Cəlilabad, Biləsuvar, Yardımlı, Astara, Şahbuz, Bakıda və Abşeron yarımadasında 2 mm-dək olub.

Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Göyçay, Yevlax, Yardımlı, Lerik, Sumqayıtda duman müşahidə olunub.

Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Naxçıvan MR-də, Aran rayonlarında 3-5 dərəcə isti, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta olub.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında fevralın 25-dək, bölgələrdə isə 26-dək fasilələrlə davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930