Şahdağa qar yağdı

8-04-2024, 11:10 130 dəfə baxılıb

 Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 27 sm olub.

Düşən yağıntının miqdarı Naxçıvanda 15 mm, Culfada 12 mm, Şahbuzda 11 mm, Biləsuvar, Ordubad, Cəfərxan, Qax, Yardımlı, Balakən, Zaqatala, Lerik, Oğuz, Şəmkir, Göygöl, Daşkəsən, Sabirabad, Gəncə, Şəki, Gədəbəy, Qrız, Mingəçevir, Beyləqan, İmişli, Qəbələ, Ceyrançöl, Tovuz, Ağdam, Ağstafa, Neftçala, Lənkəran, Astara, Şərurda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 8 mm-dək olub.

Daşkəsən, Gədəbəy, Şəmkir, Balakən, Şəki, Qax, Göygöl, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.


Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək, Naxçıvan MR-da 22 dərəcəyədək, Aran rayonlarında 18 dərəcəyədək, dağlıq rayonlarda 7 dərəcəyədək isti olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031