Ali Məhkəmənin hakimi intihar etdi

27-04-2024, 17:30 85 dəfə baxılıb

 

Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov intihar edib.

“Azerinews.az”ın məlumata görə, 62 yaşlı hakim yaşadığı evdə özünü asaraq həyatına son qoyub.

O, şəkərli diabetdən əziyyət çəkirmiş. Əldə etdiyimiz məlumata görə, xəstəlik səbəbindən depressiv vəziyyətə düşən hakim intihar edib.

Qeyd edək ki, İlqar Dadaşov 1962-ci ildə anadan olub. O, 1984-1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

1989-1993-cü illərdə Vəkillər Kollegiyasının Neftçala rayon hüquq məsləhətxanası vəkil kimi çalışıb. 1993-2000-ci illərdə Respublika Prokurorluğunda idarə prokuroru olub. 2000-2007-ci illərdə İqtisad Məhkəməsində, 2007-2010-cu illərdə isə Bakı Apellyasiya Məhkəməsində hakim vəzifəsində çalışıb. İ.Dadaşov 2010-cu ildən Ali Məhkəməsinin hakimi idi.

Tanınmış hakim 2023-cü ildə Prezidentin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031