Yaqub Piriyevin uğurlu fəaliyyəti yeni statusda yüksək templə davam edir
Azərbaycan təhsilinin hərtərəfli uğurlarından, yüksək templə inkişafından bəhs edərkən zəngin elmi bilikləri, dərin düşüncəsi, peşəkar idarəçilik qabiliyyəti, ibrətamiz davranışı, xalqına olan sədaqəti və digər məziyyətləri, bir sözlə, ali insani keyfiyyətləri ilə Yaqub Piriyevin xalqı və Azərbaycan elmi qarşısında müstəsna xidmətlərini xatırlamamaq mümkün deyil. Bu nəcib insanın Azərbaycan Mühəndislik Universitetinə rektor təyin edilməsi təhsilin inkişafına böyük töhfələr verməkdə davam edir.
Yaqub Maksim oğlu Piriyev zəngin həyat təcrübəsinə, nüfuzuna, iradəsinə, ən çətin məqamlarda dəqiq qərarlar vermək bacarığına görə qarşısına qoyduğu məqsədlərə uğurla nail olmuşdur. İdeyalarının mükəmməlliyi ilə əsl müəllim kimi xalqı və Vətəni qarşısında üzərinə düşən vəzifələri şərəf və ləyaqətlə yerinə yetirərək elm yolunu məharətlə nurlandırmışdır. Müstəsna xidmətləri ilə Azərbaycanın təhsilinin taleyində əvəzsiz rolu olan, milləti qarşısındakı xidmətlərindən biri də, yazdığı elmi məqalələr, dərsliklərdir. Y. Piriyev Nəqliyyat tikintisi və yol mühəndisliyi sahəsində 1 ixtiranın, 4 normativ sənədin, 4 dərsliyin, 5 dərs vəsaitinin və 100-dən çox elmi məqalənin müəllifidir.
Hazırda bu uğurlu fəaliyyət yeni statusda yüksək templə davam edir . Bu, ondan irəli gəlir ki, vətənpərvər insanı Azərbaycan xalqının taleyi, gənclərin mükəmməl təhsili daim düşündürüb.
Azərbaycan təhsilinin taleyinin həlledici məqamlarında hər zaman olduğu kimi, yenə də Yaqub müəllimin müdrik məsləhətinin intizarında olan tələbələri məhz sonsuz inandığı müəllimlərinin onların gələcəyini düşünməklə verdiyi çox dəyərli tövsiyyələrindən bəhrələnərək, düzgün seçim etməklə, bu gün dünyada və Azərbaycanda ən uğurlu insanlardandırlar. Danılmaz həqiqətdir ki, özünü elmin xidmətçisi sayan Yaqub Piriyev ömrünü xalqına və Azərbaycan elminə həsr edir. Buna görə də, Dövlət başçısı İlham Əliyevin rəğbətini qazanmaqla öz layiqli qiymətini alır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 13 sentyabr 2023-cü il tarixli Sərəncamı ilə Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsinə təyin edilir.
Yaqub Piriyev 1975-ci ildə Moskva Avtomobil və Yollar İnstitutunu “Avtomobil yolları” ixtisası üzrə bitirib. İnstitutu bitirdikdən sonra Azərbaycan Respublikası Avtomobil Yolları Tikintisi və İstismarı Nazirliyinin Layihə-axtarış dəstəsinin rəisi vəzifəsində çalışıb. 1977-1980-ci illərdə bitirdiyi İnstitutun aspiranturasında təhsil alıb. 1983-cü ildə texnika elmləri namizədi elmi dərəcəsi alıb. 1981-1984-cü illərdə həmin İnstitutda kiçik elmi işçi və müəllim vəzifələrində çalışıb. 1984-1985-ci illərdə Azərbaycan Respublikası Avtomobil Yolları Tikintisi və İstismarı Nazirliyinin “Azəryollayihə” İnstitutunda qrup rəhbəri, baş mütəxəssis vəzifələrində işləyib.
1985-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetində kafedra müdiri kimi fəaliyyət göstərib. 1992-1995-ci illərdə Türkiyə Respublikasının Atatürk Universitetində müəllim vəzifəsində işləyib. 1995-2013-cü illərdə yenidən Azərbaycan İnşaat Mühəndisləri Universitetində kafedra müdiri və dekan vəzifələrində çalışıb.
Daim kollektivin və tələbələrinin sevgisini qazanmaqla qəlblərdə özünəməxsus yer tutur.
Yaqub Piriyev rektor kimi fəaliyyətinin ilk günündən universitet daxili sabitliyi daha da möhkəmləndirmiş, tələbələrin hüquq və azadlıqlarını bərqərar etmişdir. Bununla yanaşı, digər əsas daxili inkişaf parametrləri – Avropa təhsilinə inteqrasiya, yeni təhsil metodları üzərində çalışmaq, sürətlə inkişaf edən təhsil layihələri, təhsildə yüksək təminat sisteminin dinamikası, universitet rəhbərliyinin nəzarəti altında saxlanılmaqla, təhsilin effektivliyi təmin edilmişdir.
Y. Piriyevin formalaşdırdığı səmərəli idarəçik sayəsində Bakı Mühəndislik Universitetin regional və beynəlxalq nüfuzu daha da yüksəlir. Düzgün mövqe seçiminə, rəhbərliyin diqqət əmsalına, təhsildə inkişafın davamlılıq və dinamiklik göstəricilərinə, gələcək inkişaf potensialına və digər parametrlərinə görə də hazırda Azərbaycanın ən perspektivli universitetinə çevrilir.
Təbii ki, inkişaf mərhələsinin hər pilləsində Yaqub müəllimin uzun illərə söykənən təcrübəsi öz sözünü deyir.
Yaqub piriyev 2013-2014-cü illərdə Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini, 2014-cü ildən Aparat rəhbərinin müavini kimi fəaliyyət göstərib, eyni zamanda Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edib.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2006-cı ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb, 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.
Y. Piriyevin sadəliyi, təvazökarlığı, səmimiliyi, bütün məsələlərdə ədalətli mövqeyi, Vətəninə və xalqına bağlılığı, insanlığın təntənəsinə xidmət edən təşəbbüsləri və saysız-hesabsız xeyirxah əməlləri ona sonsuz məhəbbət qazandırmışdır.
Təhsili hərtərəfli yaxşılaşdırmaq üçün yüksək elmi biliklərə, dərin zəkaya, zəngin təcrübəyə, mükəmməl rəhbərlik bacarığına və sarsılmaz iradəyə sahib olan Yaqub Piriyev Azərbaycan təhsilində böyük layihələr reallaşdırır, rəhbərlik-tələbə münasibətlərinin və müəllim-tələbə mühitinin daha da yaxşılaşdırılması üçün kompleks stimullaşdırıcı tədbirlər görür.
Rektor idarəçiliyinin möhkəm təməl prinsipləri əsasında BMU-nin qüdrətlənməsini özünəməxsus peşəkarlıqla sürətləndirməklə yanaşı, təhsilin davamlılığını təmin edir. Milli və Avropa təhsili üzrə konsepsiyalar və digər dövlət proqramları çərçivəsində müəyyən olunmuş tədbirlərin icrası Yaqub Piriyevin rəhbərliyi ilə həyata keçirilir.
Bütün bunlarla bərabər, Yaqub müəllimin həyata keçirdiyi təhsil islahatları getdikcə daha geniş vüsət alır, tələbə hüquq və azadlıqlarının təminatı sistemi mükəmməlləşdirilir, təhsildə tolerant bir mühitin mövcudluğuna şərait yaradan əsaslar möhkəmləndirilir.
Arif Baratzadə
Baş redaktor