Buza dönən münasibətlər

15-01-2024, 13:57 11 dəfə baxılıb


Qar dənələrini sovuran çovğun sanki yaddaşımı da sovurub keçmişə-uşaqlığıma aparır. Bilmirəm, hamı belədır, ya yox. Elə kövrək oluram bu havalarda. Yadıma bütün çılpaqlığı ilə uşaqlığım düşür. Nə tez böyüdük deyib, qəhərlənirəm.
Qar yağanda kəndimizdə işıq olmazdı, xüsüsən də, gecələr. Odun sobasının kənarına yığılıb közə atdığımız kartofların bişməyini gözləyərdik. Qonşular, qohumlar da qatılardı lampa işığında keçən gecələrə.
Babamın bir sözü var idi, "Eşik qar, içəri dar", Lakin ürəklərimiz böyük idi. Biz balaca otağa böyük ürək sığdırardıq. Odun sobası təkcə cismimizi deyil, ruhumuzu, qanımızı, qəlbimizi də isidirdi.
İndi evlərdə istilik olsa da, qəlblərdə istilik yoxdur.
Bütün günü pəncərə qabağında durub qar dənələrini izləyib, soyuyan münasibətlərin səbəbini axtarmışam.
Ana babamın altı oğlundan dördünün ailəsi ata ocağında yaşayırdı. Ən az 17-18 nəfərlik ailəyə biz də qonaq gedirdik. Münasibətlər təbii, səmimi hər şey gözəl və maraqlı idi. Zamanla baba evimiz nənə evi oldu, sonra dayı evi, dayı evlərimizin üçü indi dayıoğlu evi olub. Əmim evi də əmioğlu evi olub. Yadlaşıb, soyuqlaşmışıq.
Xatırlayıram, hələ 20 il əvvəl böyüklər deyirdi "əvvəl həqiqi qohumluq var idi. Bir qohum rəhmətə gedəndə qohumlar 52 gün dünyasını dəyişən adamın ailəsinə gedib gələr, kəntdə kimsə rəhmətə gedəndə qırx gün televizor açmazdıq.
O zamandan 20 il də keçdi, münasibətlər tamamilə buxarlanıb yox oldu.
Bugün münasibətlər virtualda bərqərar olub.Heç olmasa, "video call" ilə bir-birimizin simamızı, səsimizi unutmuruq. 20 il sonra çox güman ki, vəziyyət daha betər olacaq.
Bax, Allah bizi o vaxtdan saxlasın!
 Elida Laçın






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930