Müsabiqə yolu ilə işə qəbul edilmiş şəxslərin 9,3 %-ni faizini qadınlar təşkil edir
Prokurorluq orqanlarında 94 qadın əməkdaş çalışır.
Bunu Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində bildirib.
Bildirilib ki, onların 54-ü 2002-2019-cu il ərzində keçirilmiş 21 müsabiqə nəticəsində, 40-ı isə 2020-2023-cü ildə keçirilmiş 4 müsabiqənin nəticəsində işə qəbul edilib.
“Müsabiqə yolu ilə işə qəbul edilmiş şəxslərin 9,3 %-ni faizini qadınlar təşkil edir.
Hazırda rəhbər vəzifədə işləyən 10 qadın işçidən 1-i idarə rəisi, 3-ü idarə rəisinin müavini, 1-i şöbə rəisi, 4-ü rayon prokuroru, 1-i isə rayon prokurorunun müavini vəzifəsində işləyir” - deyə Kamran Əliyev bildirib.