İnsanlığa nümunə polis leytenantı Rəşad Məmişov

15-05-2024, 18:10 367 dəfə baxılıb

 Vətən müharibəsində ölkəmiz yüzlərlə qeyrətli Vətən oğlunun canı, qanı bahasına zəfər qazandı. Zəfəri bizə yaşadan şəhidlərlə yanaşı, neçə-neçə Vətəndaş fiziki sağlamlığına əlvida dedi.

Fiziki sağlamlığını Vətən yolunda qurban edənlərdən biri redaksiyamıza təşəkkür məktubu ünvanlayıb. Öz xahişi ilə adının mətbuatda hallanmasını istəməyən qazimiz vəfa  borcunu yerinə yetirməyi özünə borc bilib.

 Məktubu oxucularımıza təqdim edirik:

“Salam, mən öz sağlamlığımı Vətənim uğrunda qurban vermişəm. Buna görə heç vaxt peşman olmadım. Yenə də gözümü qırpmadan nəinki sağlamlığımı, həyatımı da Vətənimə qurban verərdim. Mən Rəşad Məmişov kimi vicdanlı, mərhəmətli, sadə  məmurla bir ölkədə yaşadığım, eyni ölkənin vətəndaşı olduğum, türk qanını daşıdığım üçün çox qururluyam.

 Məmişov Rəşad  Göygöl rayonu DYP bölməsinin YPX- nin baş inspektorudur.

Yaxın günlərdə sağlamlığımda yaranan ciddi problemlər səbəbindən yolda halım pisləşmişdi. Yanımda  BMW patrul maşınının saxladığını xatırlayıram.

Həmin patrul maşınında Polis leytenantı Məmişov Rəşad olub. M.Rəşad ən yaxın insanı kimi məni xəstəxanaya çatdırıb, lazımi tibbi  müayinələrdən keçdikdən sonra, vacib olan dərmanlarımın xərclərini qarşılayıb. Həyatda qalmağım üçün maddi və mənəvi köməyini əsirgəməyən polis məmuru mənə yaşamağa bir növ stimul verdi. Bu cür böyük ürəkli  insanlar  bu torpaqlarda yaşadığı təqdirdə, bizim ölümə yaxınlaşmaq ixtiyarımız yoxdur düşündüm. Yaşamaq mənim kimi qazilərə ağrılı olsa da, bu cür xeyirxahlıqlar ağrılarımıza məlhəm olur, acılarımızı unutdurur.

Mən bir qazi, Azərbaycan oğlu olaraq, sadə, vicdanlı, xeyirxah, qəlbində insanlara böyük sevgi gəzdirən ölkə məmuruna təşəkkür edirəm. Bu xeyirxahlığı qarşısında  mərhəmətli Vətən oğluna nə qədər təşəkkür etsəm azdır”.

 

 

Əsgərlər, hərbiçilər  cəbhədə vətənin keşiyində dayanır, Vicdanlı, xalqının səadətini öz səadəti bilib, gecə-gündüz usanmadan çalışan, hər zaman vətəndaşların yanında, onların sırasında olan Rəşad Məmişov kimi polislər də arxa cəbhədə Vətəni, vətəndaşları müdafiə, mühafizə edir.

Qazidən gələn təşəkkür məktubu polis leytenantı  Rəşad Məmişovun ən böyük uğurudur. Bu uğur peşəsinin, eyni zamanda insanlığının və mərhəmətinin göstəricisidir.

Rəşad Məmişova  olan etibar hörmət və inamla şərtlənir.

Məşhur rus yazıçısı Lev Talstoy əbəs yerə söyləməmişdir “ Əgər ağrı hiss edirsənsə canlısan, başqasının ağrısını hiss edirsənsə, insansan” .  

Mülki vətəndaşın  ağrısını öz ağrısı hiss edib, ona maddi-mənəvi dayaq olan, bəlkə də, ona yaşamaq üçün ikinci şansın ərmağan edilməsinə vəsilə olan Talstoyun da dediyi kimi əsl insan Rəşad Məmişova biz də redaksiyamız adından təşəkkür edir, insanlığa, polis adına nümunə olduğu üçün dərin minnətdarlığımızı bildiririk.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930