Polis mayoru qəfil vəfat etdi
Lerik rayonunda polis zabiti qəfil vəfat edib.
"Azerinews.az" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Ruslan Əsədullayev dünən xidmətdə olmadığı vaxt dünyasını dəyişib.
Onun ürək xəstəliyi səbəbindən halının qəfil pisləşdiyi və bu səbəbdən vəfat etdiyi bildirilir.