General Əsədullayev 69 yaşında dünyasını dəyişib
Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəisi, polis general-mayoru Şərif Əsədullayev vəfat edib.
“azerinews.az” xəbər verir ki, generalın ölümü haqda yaxınları məlumat yayıb.
General Əsədullayev 69 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, 2014-cü ildə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin edilən Ş.Əsədullayev 2017-ci ildə son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.
Mərhum general Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin bacısının həyat yoldaşı idi.