Gəncədə "19 May - Atatürkü anma, Gənclik və İdman Bayramı" qeyd olunub 

21-05-2024, 15:01 135 dəfə baxılıb

"Azerinews.az" xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetində Türkiyənin Gəncə şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə 19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə tədbir təşkil olunub.
Tədbirdə əvvəlcə Azərbaycan və Türkiyə Respublikasının Dövlət Himnləri səsləndirilib.
Çıxış edən Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov və ADAU-nun Tədris işləri üzrə prorektoru Əhməd Məlikov bildiriblər ki, Mustafa Kamal Atatürkün Samsuna çatma tarixi olan 19 may onun öz istəyi ilə hər il Gənclik və İdman bayramı kimi qeyd edilir. Bayrama “Atatürkü Anma” əlavəsi isə 1981-ci ildə olunub və həmin vaxtdan bu günədək hər il rəsmi qaydada 19 may Atatürkü Anma, Gənclik və İdman bayramı kimi keçirilir.
Tədbirdə mövzu ilə əlaqədar videoçarxlar da nümayiş olunub.
Sonda tədbirə həsr olunan basketbol yarışı keçirilib və qalib komandalar mükafatlandırılıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930