Mikayıl Cabbarov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin peşə bayramını təbrik edib

23-05-2024, 10:33 135 dəfə baxılıb

 İqtisadiyyat naziri Mikayıl Cabbarov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin peşə bayramı münasibətilə paylaşım edib.

"Azerinews.az"  xəbər verir ki, nazir bu barədə "X" hesabında paylaşım edib:

"23 may ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçilərinin peşə bayramıdır. 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" olması ətraf mühitin sağlamlaşdırılması istiqamətində təşəbbüslərdə və beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə ölkəmizin fəal mövqeyini ifadə edir. Ekoloji mühitin mühafizəsinə, təbii sərvətlərdən səmərəli istifadəyə və yaşıl iqtisadiyyat ekosisteminə töhfələr verən qurumun əməkdaşlarını təbrik edir, işlərində uğurlar və nailiyyətlər arzu edirik".







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031