Mustafa Abbasbəyli ilə bağlı rəsmi - Açıqlama

30-05-2024, 12:24 90 dəfə baxılıb

 

Xəbər verdiyimiz kimi, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vəzifəsindən azad edilib. M.Abbasbəyli Mədəniyyət Nazirliyi Aparatının rəhbəri təyin olunub.

“Azerinews.az”ın məlumatına görə, bu gün Mədəniyyət Nazirliyi təyinatla bağlı açıqlama yayıb.

Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Mustafa Abbasbəyli bu vəzifəyə təyin edilib.

Qeyd olunub ki, Mustafa Aslan oğlu Abbasbəyli 1980-ci ildə anadan olub. 1996–2000-ci illərdə Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsində beynəlxalq hüquq ixtisası, 2000–2001-ci illərdə Türkiyənin Ege Universitetinin (İzmir) Türk dili və ədəbiyyatı fakültəsində türk dili ixtisası üzrə təhsil alıb. 2001–2003-cü illərdə isə Ankara Universitetinin Hüquq fakültəsində xüsusi hüquq ixtisası üzrə magistratura pilləsində oxuyub. 2009-cu ildə dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

M.Abbasbəyli 2019– 2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. 2020-ci ildən son təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri vəzifəsində çalışıb. O, həmçinin 2007-ci ildən Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür. 50-dən artıq elmi əsərin, o cümlədən 2 kitabın müəllifi, 3 kitabın isə həmmüəllifidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930