Xarici dillər üzrə fəlsəfə doktoru imtahanının nəticələri AÇIQLANDI

13-03-2024, 14:58 66 dəfə baxılıb

Fevralın 18-də keçirilən xarici dillər üzrə fəlsəfə doktoru imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, 18 fevral tarixində doktorantura və dissertanturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı (fevralın 19-da əcnəbilər üçün Azərbaycan dili imtahanı) keçirilib. 4 martda isə iddiaçıların danışıq bacarıqları yoxlanılıb.

 İmtahan nəticələri bu gün DİM-in saytına yerləşdirilib.

 İmtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin vizual təsviri ilə buradan tanış ola bilərlər . İddiaçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 302 iddiaçı xarici dillər (ingilis, alman, fransız), 1 nəfər isə Azərbaycan dili üzrə imtahanda iştirak edib.

 115 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

 1 əcnəbi iddiaçı da Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

 Həm xarici dillər üzrə fəlsəfə doktoru imtahanında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Hər blok üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir.

 Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarının hər biri üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.

 Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2024-cü il 14 mart saat 10:00-dan 15 mart saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

 İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 18 mart 2024‑cü il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

 Bir iddiaçının ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930