1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Gəncə şəhərində qeyd olunub

1-06-2024, 20:19 178 dəfə baxılıb

   1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Gəncə şəhərində qeyd olunub. Şəhərdə fəaliyyət göstərən orta məktəblər və məktəbəqədər təhsil müəssisələrində müxtəlif tədbirlər keçirilib. "Azerinews.az" olaraq böyük şairimiz Nigar Rəfibəylinin adını daşıyan 43 nömrəli tam orta məktəbdə təşkil olunan tədbiri işıqlandırmaq qərarına gəldik. 
   Məktəb həyətində keçirilən tədbir şagirdlərin təbaşirlə arzu və istəklərinə uyğun şəkil çəkməkləri ilə başladı. Daha sonra tədbir şagirdlərin fərdi və qruplarla rəqsləri, musiqi ifaları ilə davam etdi.
   Tədbir iştirakçıları çıxışlarında ölkəmizdə yaşayan bütün uşaqları Uşaqların Beynəlxalq müdafiəsi günü münasibətilə ürəkdən təbrik etdilər, onlara səadət, şən həyat, uzun ömür, xoşbəxt gələcək arzuladılar.

 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930