Gəncədə "ECOVELOFEST" keçirilib

4-06-2024, 11:48 238 dəfə baxılıb


     Gəncə Şəhər İcra Hakimiyyətinin, Azerbaijan Cycling Federation, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin, Bank "Respublika", "Bookzone" kitab evinin dəstəyi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Gəncə şəhərində "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "ECOVELOFEST" keçirilib.
   Şəhər İcra hakimiyyətindən verilən məlumata görə, festivalda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Abuzər Zeynalov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, Bank "Respublika"nın direktoru müavini Çingiz Əsədov, "BOOKZONE GROUP" MMC təsisçisi və direktoru Seymur Tağıyev, idarə və müəssisə rəhbərləri, məktəbəqədər və ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.
Yaşıl dünya naminə ölkəmizin bütün regionlarının qadın təhsil işçiləri arasında həmrəyliyi təmin etmək, sağlam həyat tərzinin təbliği, regionlarda velosiped idmanının təşviq edilməsi məqsədi ilə keçirilən "ECOVELOFEST"də 200-dək qadın təhsil işçisi iştirak edib.
Gəncə şəhər Heydər Əliyev Park Kompleksi ərazisindən başlayan veloyürüşdə iştirakçılar 3 km məsafəni qət ediblər.
Yarışın nəticəsinə əsasən, 1-ci yerə Qax rayon Uşaq-Gənclər İdman Şahmat məktəbinin metodisti Dilarə Əhmədova, 2- ci yerə İsmayıllı rayon Cünyan kənd uşaq bağçasının müdiri Jalə Qasımova, 3-cü yerə isə Qusar rayon Samux qəsəbə tam orta məktəbin fiziki tərbiyə müəllimi Rahilə Əzizova layiq görülüblər.
Yarışın yekununda “Art Velo”, “FunClub”, Yaşıl dünya naminə “Velo sərgi”, “Əyləncəli velo” və “LEGO”, Velo-təlim və “Velo Steam” guşələri ilə zəngin festival təşkil edilib.
"ECOVELOFEST" qaliblərin mükafatlandırılması ilə yekunlaşıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930