Bələdiyyə qərarları elektron portala yerləşdiriləcək

27-06-2024, 12:08 116 dəfə baxılıb

 

Bələdiyyələr qəbul etdikləri qərarları elektron portala yerləşdirəcəklər.

"Azerinews.az" xəbər verir ki, bu barədə “Bələdiyyələrin statusu haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bələdiyyələr (bələdiyyə sədrləri və ya sədr vəzifəsini icra edən şəxslər) qərar qəbul etdiyi tarixdən 3 iş günü ərzində həmin qərarı elektron sənəd formasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın elektron portalında yerləşdirməlidirlər.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna əsasən, bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930