FHN-in xüsusi texnikası qəzaya düşüb - Foto

19-01-2024, 11:10 8 dəfə baxılıb

 

Ötən gecə Bakının Nəsimi rayonunda yol qəzası baş verib.

“azerinews.az” APA-ya istinadən xəbər verir ki, Hüseyn Seyidzadə küçəsində “KIA” markalı minik avtomobili əks istiqamətdə hərəkətdə olan zaman sürücü qəfildən sükana nəzarəti itirib. Nəticədə maşın qarşı yola keçərək FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin avtomobilinə çırpılıb.

Qəza nəticəsində minik maşınında olan 2 nəfər xəsarət alıb. Avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə polis və 2 təcili yardım briqadası cəlb olunub. Yaralılara tibbi yardım göstərilib.

Hadisənin təfərrüatını Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031