Azərbaycanın təəssübkeş oğlu, bayramınız mübarək
Azərbaycan Polisinin yaranmasının 106-cı ildönümünüdür.
“Azerinews.az” xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polis günü elan olunub.
Təkcə polis adını daşımaq kifayət etmir, peşəsini sevmək və vicdan pəncərəsindən yanaşmaq, yaşatmaq, polis adını qürurla, qürurdan doğan mərhəmət və şəfqət hissi ilə icra etmək hər adamın işi deyil.
Peşəyə məhəbət ətraf mühitlə tanış olmağa, kiçik şeyləri kəşf etməyə başlayanda meydana gəlir. Zaman keçdikcə pöhrələnir, qol budaq atır, zamanı çatanda sevgidən mübarizə, sahiblənmək hissi meydana gəlir. Sevgi də fizioloji inkişafa qarışıb bütövləşir. İnsan şəxsiyyəti ilə, peşəsi və peşəsinə vurğunluğu ilə tam olur, bütöv olur, əyilməz olur.
Bütöv əyilməz, peşəsinə şəfqətlə , incəliklə yanaşan Azərbaycan polislərindən biri də Gəncə şəhər DYP-nin rəisi Eldəniz Həsənovdur. Peşəsinin nəcibliyini iliyinəcən hiss edən , duyan, duyduran, ən ali, insani hislərlə əsgər kimi peşəsinə xidmət edən Eldəniz müəllim tək Gəncənin deyil, Azərbaycanın ən ləyaqətli, vicdanlı polislərindəndir.
Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır.
Davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir.
Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.
Bəli, bu əsl Azərbaycan polisinin xüsusiyyətidir. Bütün bu xüsusiyyət və keyfiyyətləri özündə cəm edən, insanlığı bütün peşə və vəzifələrdən üstün tutan, insanlığından doğan oinsana sevgi ilə peşəsini icra edən Eldəniz Həsənovu Azərbaycaqn polisinin yaranmasının 106-cı ildönümü, Polis günü münasibətilə redaksiyamız adından təbrik edirik.
Azərbaycanımızın qeyrətli, təəssübkeş oğluna gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Çətin peşənin çınqılli, kələ-kötür yollarında ayağınız büdrəməsin, Eldəniz Həsənov.
Bayramınız mübarək.