Minaya düşən Həsənəli magistrant oldu

3-07-2024, 16:24 144 dəfə baxılıb

 

Bu il fevralın 4-də Tərtər rayonu Qızıloba kəndi ərazisində heyvanları örüş sahəsindən gətirərkən minaya düşən və sol ayağı topuqdan amputasiya olunan Həsənəli Əlizadə magistraturaya qəbul olunub. 

“Azerinews.az” xəbər verir ki, 2022-ci ildə Bakı Dövlət Universitetini fərqlənmə ilə bitirən Əlizadə Varşava Dövlət Universitetinə tam təqaüdlə qəbul olunsa da, baş verən hadisə səbəbilə təhsilini davam etdirə bilməmişdi.

Builki imtahanda 65 bal toplayaraq Xəzər Universitetinə qəbul olan Əlizadə bu barədə AzEdu.az-a müsahibə də verib.  O bildirib ki, I cəhd magistraturaya qəbul imtahanına bir həftə qalmış minaya düşüb:

“Mən, I cəhd üçün magistraturaya qəbula bir həftə qalmış minaya düşdüm və imtahanda iştirak edə bilmədim. Ağrılarım çox olduğundan çox az, cəmi 1 aydan qısa müddətdə II cəhdə hazırlaşdım. Bazam olduğu üçün çətin olsa da, bunu bacardım və Xəzər Universitetinin mühasibat uçotu və audit ixtisasına qəbul olundum. Ən böyük dəstəyi ailəmdən, yaxınlarımdan, eləcə də sevgilimdən gördüm. Şükür edirəm ki, təhsil sahəsində uğurlarım çox olub, amma o hadisədən sonra bu sevinci yaşamağım ayrı bir hiss idi. O an bir qədər kövrəldim”.

Gələcək hədəflərindən də danışan tələbə bildirib ki, hazırda gələcək üçün ilk hədəfi avqust imtahanında BA1 sertifikatını alıb, Mərkəzi İcra Hakimiyyəti Orqanlarının (MİHO) hansısa birinin aparatında işləməkdir. 

Bundan başqa o, səhhəti ilə bağlı bildirib ki, hazırda ayağına protez taxır, ancaq yüksək texnologiyalı olmadığı üçün ağrı verir. Buna görə əsadan da istifadə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930