Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya edilib - TƏFƏRRÜAT - YENİLƏNİB

5-02-2024, 12:38 1 dəfə baxılıb

Tərtər rayonunda heyvan otaran zaman piyada əleyhinə minaya düşən Azər Məmmədovun sol ayağı amputasiya edilib.

"Azerinews.az" verir ki, o, əvvəlcə Tərtər rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

A.Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra Bərdə rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Burada onun sol ayağı amputasiya edilib.

Məlumata görə, A.Məmmədov bir müddətdir fərdi təsərrüfatında xırdabuynuzlu heyvanların saxlanılması ilə məşğul olur. Hadisə işğaldan azad edilən Göyarx kəndi ərazisində otlaq sahəsində qoyunları otararkən baş verib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

12:14

Tərtərdə heyvan otaran şəxs minaya düşüb, araşdırma aparılır.

"Azerinews.az" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, bu gün səhər saatlarında əvvəllər təmas xətti olmuş Tərtər rayonunda baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Məmmədov Azər Əhməd oğlunun sol ayağından xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930