Zaqatalada avtomobil aşıb, 6 nəfər xəsarət alıb

4-07-2024, 11:06 128 dəfə baxılıb

 

Zaqatalada minik avtomobili aşıb, 6 gənc xəsarət alıb.

"Azerinews.az" ın məlumatına görə, hadisə iyulun 3-dən 4-ə keçən gecə rayonun Yuxarı Çardaqlar kəndi ərazisində baş verib.

2006-cı il təvəllüdlü rayonun Yuxarı Çardaqlar kənd sakini Sərvər Elşən oğlu Əhmədovun idarə etdiyi “Nissan X-Trail” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü S. Əhmədov, avtomobildə olan sərnişinlər, rayonun Yuxarı Çardaqlar kənd sakinləri 2006-cı il təvəllüdlü Bilal Elşən oğlu Ərtilov, 2006-cı il təvəllüdlü Elvin İzəddin oğlu Əhmədov, 2006-cı il təvəllüdlü Muhuma Seyfəddin oğlu Məmmədov, 2008-ci il təvəllüdlü Məhəmməd Əhməd oğlu Xəlilov və 2006-cı il təvəllüdlü Murad Məmməd oğlu Yahyayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.

Yaralılardan M. Xəlilov və M. Yahyayev xəstəxananın təcili yardım şöbəsində nəzarətdə saxlanılıblar. Digər dörd nəfərin xəsarətləri yüngül olduğundan müayinə edildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930