Azərbaycanda seçicilərin sayı açıqlanıb
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.
M.Pənahov qeyd edib ki, parlament seçkilərində ölkə üzrə 6 477 seçki məntəqəsi fəaliyyət göstərəcək: "Onlardan 6 343-ü daimi, 134-ü müvəqqətidir".
MSK sədri bildirib ki, azad olunmuş ərazilərdə 42 mindən çox seçici Milli Məclisə seçkilərdə səs verəcək: "Orada 54 seçki məntəqəsi fəaliyyət göstərəcək. Onların 34-ü daimi, 20-i müvəqqətidir. Amma müvəqqəti seçki məntəqələrinin sayı artırıla bilər".