Məzahir Pənahov Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

19-04-2024, 12:08 4 dəfə baxılıb

 Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti 2024-cü il aprelin 21-də Maldiv Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə paytaxt Male şəhərinə səfərə yola düşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən APA-ya verilən xəbərə görə, Mərkəzi Seçki Komissiyası nümayəndə heyətinin sözügedən seçkilərdə beynəlxalq müşahidəçi qismində iştirakı Maldiv Respublikası Seçki Komissiyası sədrinin dəvətinə əsasən reallaşdırılır.

Səfər zamanı Mərkəzi Seçki Komissiyasının nümayəndələri parlament seçkilərinə hazırlıqlarla tanış olacaq və səsvermə məntəqələrində seçki günü prosedurlarını müşahidə edəcəklər.

Səfər çərçivəsində sədr Məzahir Pənahovun Maldiv Respublikası Seçki Komissiyasının sədri Fuvad Tovfeek, habelə seçkilərin müşahidəsinə qatılan təşkilatların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə görüşlər keçirməsi, qurumlararası əməkdaşlıq imkanları, əlaqələrin dərinləşdirilməsinin inkişaf perspektivləri və qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı müzakirələr aparması da nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930