Nazirlikdən balıq ovu ilə bağlı əhaliyə ÇAĞIRIŞ

29-08-2024, 15:18 0 dəfə baxılıb

Nazirlikdən balıq ovu ilə bağlı əhaliyə ÇAĞIRIŞ

Balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabrın 1-də bitir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsi sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırıb ki, balıq ovlayarkən yalnız qanunvericiliklə qadağan olunmayan ov alətlərindən istifadə olunmalı, kimyəvi, zəhərli və partlayıcı maddələrdən, eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə edilməməlidir:

"Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar", - deyə məlumatda qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930