FHN uşaqlarla bağlı əhaliyə müraciət edib

4-11-2023, 11:29 3 dəfə baxılıb

 

Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqlarla bağlı əhaliyə müraciət edib.

"Azerinews.az" Nazirlikdən verilən məlumata görə xəbər verir ki, FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə və dəfələrlə edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, yenə də uşaqların təhlükəsizliyinə biganəlik hallarına rast gəlinir.

Belə ki, yalnız ötən on gün ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumatlar əsasında həyata keçirilmiş operativ əməliyyatlar sayəsində Nazirliyin xilasediciləri tərəfindən köməksiz və təhlükəli vəziyyətdə olan 33 uşaq xilas edilib.

"Aparılan təhlillər balacaların sağlamlığını və həyatını təhlükə altına alan bu kimi halların yaranmasının səbəbinin əksər hallarda onların nəzarətsiz qalması olduğunu göstərir.

Mənzillərdə balacaların həyatına təhlükə törədə biləcək elektrik və qaz cihazlarının, açıq eyvan və pəncərələrin, düşə biləcək ağır əşyaların, kimyəvi maddələrin, kəsici alətlərin və s. mövcudluğunu, habelə azyaşlıların liftdə, həyətdə, küçədə və digər məkanlarda nəzarətdən kənar qalmasının arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini nəzərə alaraq, bir daha valideynləri uşaqlara qarşı diqqətli olmağa və onları nəzarətsiz qoymamağa çağırırıq", - müraciətdə qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930