Rauf müəllim dövlət və dövlətçiliyimizə hər daim sədaqətlə xidmət etmişdir
Azərbaycan ədliyyəsi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquqmühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan Ədliyyə Nazirliyi ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.
Ədliyyə Nazirliyi Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından biridir. Ədliyyə Nazirliyi Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir, Azərbaycanın dövlət müstəqilliyinə xidmət edir, hər bir vətəndaşımıza xidmət edir.
Bu gün haqqında danışmaq istədiyimiz növbəti ziyalı insan Bədəlov Rauf Fikrət oğludur. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin10 saylı məntəqə tipli cəzaçəkmə müəssəsində rəisin növbə üzrə köməkçisi vəzifəsində işləyir. Rauf müəllim dövlət və dövlətçiliyimizə hər daim sədaqətlə xidmət etmişdir. O, həm dövlətin mənafeyini, həm də hər bir vətəndaşın hüquqlarını qorumağı özünə borc bilir. Sakinlərin sevgi və rəğbətini qazanmışdır. Vəzifəyə yiyələndiyi ilk gündən işinin öhtəsindən layiqincə gəlmiş, vəzifəsini vicdan və ləyaqətlə icra etmişdir. Bu gün ölkəmizdəki sabitliyin, əmin-amanlığın, ictimai asayişin qorunub saxlanmasında Azərbaycan ədliyyəsinin üzərinə böyük məsuliyyət düşür. Sevindirici və qürurverici haldır ki, ədliyyəmiz bu məsuliyyətin, ona tapşırılan vəzifənin öhdəsindən ləyaqətlə gəlir.
Biz də Rauf müəllimi redaksiyamız və saytımızın Baş redaktoru Arif Baratzadə adından 22 noyabr- ədliyyə işçilərinin peşə bayramı münasibətilə təbrik edir, ona işlərində yeni uğurlar və tükənməz enerji arzulayırıq.