Litva məktəblərində rus dili tədris olunmayacaq

1-02-2024, 14:12 1 dəfə baxılıb

 

“Litva Təhsil, Elm və İdman Nazirliyi Vilnüs meriyasının yeni tədris ilində rus dili ilə bağlı qərarını müsbət qiymətləndirir”.

“Azerinews.az” TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun rəhbəri Qintautas Yakştas “Ziniu radijas” radiostansiyasına müsahibəsində bildirib.

Qərara əsasən, yeni tədris ilində Litva və Polşa məktəblərində ikinci xarici dil kimi öyrənilməsi təklif olunan rus dilindən imtina ediləcək.

“Meriyanın qərarını çox müsbət qiymətləndirirəm”, - o deyib.

Xatırladaq ki, yanvarın 26-da Vilnüs meriyası bəyan edib ki, sentyabr ayından 6-cı sinif şagirdlərinə rus dilini ikinci xarici dil kimi öyrənməyi təklif etməyəcək. Onlar Avropa Birliyi ölkələrinin dillərindən birini seçə bilərlər.

Qeyd edək ki, Litvada birinci xarici il (ingilis) ibtidai siniflərdən, ikinci isə 6-cı sinifdən öyrənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930