Ukrayna Rusiyanın raket katerini batırıb - Video

1-02-2024, 22:00 2 dəfə baxılıb

 

Ukrayna Baş Kəşfiyyat idarəsinin “Group 13” adlı xüsusi bölmələrinin döyüşçüləri Rusiyanın Qara dəniz donanmasına məxsus “İvanovets” raket katerini batırıblar.

“Azerenews.az” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Baş Kəşfiyyat idarəsi yayıb. 

Hadisənin yanvarın 31-dən fevralın 1-nə keçən gecə Rusiya tərəfindən ilhaq olunan Krımda Donuzlav gölündə baş verdiyi bildirilir. 

Korpusuna endirilən birbaşa zərbələrdən sonra katerə zərər dəyib və daha sonra batıb. Məlumata görə, rusiyalı hərbçilərin Donuzlavda həyata keçirdiyi axtarış-xilasetmə əməliyyatları nəticə verməyib. 

Baş Kəşfiyyat idarəsi “İvanovets”in qiymətinin təqribən 60-70 milyon dollar olduğunu bildirib.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930