Gürcüstandan Azərbaycana ixrac edilən ətin qiyməti artıb

23-01-2024, 16:51 3 dəfə baxılıb

 

2023-cü ildə Gürcüstan Azərbaycana 19,241 milyon ABŞ dolları dəyərində 5 169,23 ton canlı iribuynuzlu mal-qara ixrac edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, ötən il Azərbaycana ixrac edilən məhsulun dəyəri illik ifadədə 3, 724 milyon dollar və ya 16,2%, çəkisi isə 2 529,62 ton və ya 32,85% azalıb.

2022-ci ildə Gürcüstan Azərbaycana 22,965 milyon dollar dəyərində 7 698,85 ton canlı iribuynuzlu mal-qara ixrac edib.

Ötən il Gürcüstanın Azərbaycana ixrac etdiyi canlı iribuynuzlu mal-qaranın hər bir tonuna çəkilən xərc illik müqayisədə 740 dollar və ya 24,8% bahalaşaraq 3,72 min dollar təşkil edib. 2022-ci ildə isə bu, 2,98 min dollar təşkil edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031