Azərbaycan Gürcüstanın əsas ixrac tərəfdaşı olub

22-01-2024, 12:03 6 dəfə baxılıb

2023-cü ildə Gürcüstanın Azərbaycana ixracı illik müqayisədə 28% artaraq 862,07 milyon dollar təşkil edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi statistikada bildirilib. Hesabat dövründə Azərbaycana ixrac ölkənin ümumi ixracının 14,2%-ni təşkil edib.

Bu göstəricilərlə Azərbaycan ötən il Gürcüstanın ən çox mal və məhsullar ixrac etdiyi ölkə olub. Gürcüstanın digər iki əsas ixrac tərəfdaşı isə Ermənistan (787,12 milyon dollar) və Qazaxıstan (702,96 milyon dollar) olub.

2023-cü ildə Gürcüstanın ixracı illik müqayisədə 9,1% artaraq 6,090 milyard dollara çatıb.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930